BBC News, Azərbaycanca - Xəbərlər
Digər xəbərlər
Zaqatalada bacısı ilə birgə 300 küçə itinə baxan heyvansevər: "Maşın vurub, güllələnib, zəhərlənib"
Zaqatala sakini Nizami Ramazanov və bacısı Nərmin Ramazanova uzun illərdir avtomobil vuran və küçələrdə yaşayan xəstə heyvanlara baxırlar.
Avropa İittifaqı “həbslərdən narahat”dır, Bakı üçün isə bu, “daxili işə qarışmaq”dır
Avropa İttifaqı Azərbaycanda jurnalistlərin və digər fəalların həbsindən narahat olduğunu bildirib. Rəsmi Bakı ittihamları ölkənin "daxili işlərinə qarışmaq" kimi dəyərləndirib.
Video, Azərbaycan gürcüləri: "Biz balaca mirvariyik"
Azərbaycanda yaşayan etnik xalqlardan biri də gürcülərdir. Onlar Azərbaycanın bir neçə kəndində yaşayır, öz dillərində təhsil alır və adət-ənənələrini yaşatdıqlarını bildirirlər.
Video, Ortaq türk əlifbası 34 hərfdən ibarət olacaq
Ortaq türk əlifbası 34 hərfdən ibarət olacaq, Türk Dünyası Ortaq Əlifba Komissiyası belə qərara gəlib. Əlifba latın qrafikasındadır.
Video, Şuşaya qayıdanların ilk toyu
Ötən həftə 32 ildən sonra Şuşaya qayıdan azərbaycanlılar arasında ilk toy keçirilib.
İran “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” sayır
Ermənistandan keçməklə Naxçıvanla Azərbaycanı birləşdirəcək quru yolu Bakı Zəngəzur dəhlizi adlandırır. Bakı tələb edir ki, Yerevan ona maneəsiz keçid versin və yola Rusiya nəzarət etsin. Moskva da bunu istəyir. Yerevan isə bunun əlyehinədir.
Marqarita Simonyan - ABŞ-ın sanksiya qoyduğu Kreml təbliğatçısı kimdir?
Rusiyanın dövlət mediası RT-nin baş redaktoru Marqarita Simonyan ABŞ-ın sanksiya tətbiq etdiyi rusiyalı media təmsilçilərindən biridir. ABŞ onu və digərlərini noyabrda keçiriləcək prezident seçkisinə müdaxilədə ittiham edir. 44 yaşlı Simonyan Kremlin baş təbliğatçısı və ideoloqu, az qala Putinin özündən çox “Putinçi” sayılır.
İsrailli ekstremist mühacirlər fələstinlilərin yaşadığı Qərb Sahilindəki torpaqları necə sürətlə ələ keçirir?
BBC-nin yeni araşdırmaları göstərir ki, son illərdə israilli mühacirlər tərəfindən fələstinlilərin yaşadığı Qərb Sahilində qanunsuz məskunlaşmaların sayı sürətlə artıb. Qərb Sahili boyunca hazırda ən azı 196 məskunlaşma məntəqəsi mövcuddur və onlardan 29-u ötən il yaradılıb.
Parlament seçkisi: "Seçki karuseli" edən qadınlar qrupu
Azərbaycanda erkən parlament seçkisi sentyabrın 1-də baş tutub. BBC müxbiri seçki günü 42 saylı Sumqayıt 1-ci Seçki Dairəsinin 4 məntəqəsində qrupla səs verən qadınları çəkib. Mərkəzi Seçki Komissiyası ilkin nəticələrdə bu dairədən Hicran Hüseynovanın seçildiyini açıqlayıb. Eyni dairədən olan 3 namizəd isə mətbuata seçkilərin saxtalaşdırıldığını bəyan edib.
Bakıda toz-duman: COP29 hazırlıqları
Azərbaycan bəyan edib ki, Cop 29 tədbirlərinə hazırlıq davam edir. BBC müxbirləri şəhərdə gedən tikinti işlərindən bu videonu çəkib.
Azərbaycanda erkən parlament seçkisi: Seçici niyə səsverməyə gəlmədi?
Sentyabrın 1-də keçirilən parlament seçkilərindən sonra açıqlanan yeni Milli Məclis tərkibində köhnələrlər yanaşı, yeni deputat adları da var. İlkin nəticələrə görə, yeni parlamentin 120 üzvünün adı bəllidir və onlardan 68 nəfəri hakim Yeni Azərbaycan Partiyasının təmsilçisidir. Beş dairənin nəticələri hələ ki sayılmaqdadır. Dairələrin nəticələri təqdim etmək üçün isə iki gün vaxtı var.
ATƏT-in Seçki Missiyası: "Seçicilərə həqiqi siyasi alternativlər təklif edilməyib"
Azərbaycanda bazar günü keçirilmiş parlament seçkisində seçici fəallığı respublika üzrə seçici fəallığı 37,27 faiz olub, yerli media yazıb. Milli Məclisə 125 deputat yeri uğrunda 1000-ə yaxın namizəd mübarizə aparıb, Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb.
Təhlil
Video və audio
Dərgi
Azərbaycanın Aşıq Qəribi haqqında filmi azərbaycanca çəkən erməni rejissor: Sovet film dahisi Paracanovun 100 yaşı tamam olur
Sovet rəsmiləri tərəfindən rədd edilmiş, homoseksuallığa görə həbsə atılmış, qeyri-adi şedevr filmlərin dahisi, gözəl kinorejissor Sergey Paracanov 100 il əvvəl Tbilisidə anadan olub.
Azərbaycanda keçiriləcək COP29 nədir, xərcini kim çəkəcək, kimlər gələcək? 10 suala cavabda
Bu gün Nazirlər Kabinetinin verdiyi qərara görə, COP29 vaxtı məktəblilərin payız tətilinin vaxtı dəyişdirilib, Bakı, Sumqayıt və Abşerondakı peşə və ali məktəblər distant təhsilə keçir. BBC Azərbaycanca BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 tədbiri nədir, necə keçirilir, kimlər qatılır kimi suallara cavab tapmağa çalışıb.
Ruben Vardanyan Azərbaycan həbsxanasına necə düşdü? Milyarderin siyasət sərgüzəştləri
Ruben Vardanyan Qarabağda dövlət naziri vəzifəsini tutdu. Bir il sonra Azərbaycan Qarabağı geri aldı, Vardanyanın özü isə Azərbaycan hakimiyyəti tərəfindən həbs edildi. O vaxtdan bəri onun haqqında, demək olar ki, heç bir məlumat yoxdur - heç kim onun məhkəməsinin başlayacağı tarixi belə bilmir.
Azərbaycanda yayılan qızılca nədir? 7 suala cavabda
“Qızılca, xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli xəstəlikdir. Heç bir müalicəsi yoxdur. Qızılcadan qorunmaq lazımdır və qızılcadan qorunmaq üçün peyvənd ən təsirli üsuldur", - həkimlər bildirir.
Azərbaycanda hansı peyvəndlər istifadə edilir? Peyvənd nədir? 12 izah
Bu yazıda qızılca, vərəm, meningit, polio, göyöskürək və digər xəstəliklərə qarşı peyvəndlər barədə məlumat ala bilərsiniz.
Bunları da oxuyun
Azərbaycanda iqtidar və müxalifətin bənzərliyi: Niyə nazirlər və partiya liderləri yalnız kişilərdir?
Azərbaycanda dövlət strukturlarında ən yüksək vəzifələrdə çalışan qadınlara nadir rast gəlinir, heç siyasi partiya sədrləri arasında da qadınlar yoxdur. BBC Azərbaycanca bunun səbəblərini araşdırıb.
Azərbaycanda həbsdəki jurnalistlərin ana və bacılarının təqaüd hesablarına niyə həbs qoyulub?
“AbzasMedia” və “Kanal13” işi üzrə həbs olunmuş jurnalistlərin bəzilərinin bütün ailə üzvlərinin hesablarına qoyulan həbslər qalmaqda davam edir. Ailələr “vəziyyətin gündən-günə çətinləşdiyini" bildirirlər. Hüquq müdafiəçiləri bunu "qisasçılıq", siyasi psixoloqlar isə "xof yaratmaq üçün mesaj" adlandırır. Ombudsman Aparatı BBC-yə məsələnin araşdırıldığını bildirib.
Ermənistan Rusiyadan nə qədər asılıdır?
Ermənistan “Rusiyanın onu silahla təmin etməməsi” və bura “sərmayə qoymaması”na görə yeni təhlükəsizlik tərəfdaşları və iqtisadiyyatın diversifikasiyası axtarışındadır. Ermənistan Qərblə əlaqələri daha da yaxşılaşdırmaq niyyətini gizlətməsə də, ölkənin bir çox sahəsi Rusiyadan asılıdır.
Azərbaycanda ərzaq inflyasiyası: Yemək hazırlanma xərcləri nə qədər artıb?
Azərbaycanda son illərdə ərzaq qiymətləri ardıcıl olaraq bahalaşıb, ərzaq inflyasiyası ötən il 21 faizə çatıb. Bəs, bu artım mətbəxə necə təsir edir? BBC News Azərbaycanca Azərbaycanda bəzi ənənəvi xörəklərin inqridiyentlərinin qiymətlərini hesablayıb və onun maya dəyərini əvvəlki illərlə müqayisə edib.


































