diş
:
is.
1.
Yeyilən şeyi tutmaq, dişləmək,
xırdalamaq və çeynəmək üçün ağızda olan
sümük törəmə. Uşağın dişi çıxır. Dişi ağrımaq.
Dişi ilə tutmaq. Dişi ilə qoparmaq. Dişi
qamaşmaq. Dişlərini xırçıldatmaq. _ Ağıl
dişi – iyirmi yaşdan sonra çıxan axırıncı böyük
diş. Dişi doldurmaq – dişi plomblamaq,
dişə plomb qoymaq. Kəsən dişlər – ağzın
qabaq tərəfində olub, yeyilən şeyi kəsib
doğramaq vəzifəsini görən dişlər. Köpək
dişlər – ağzın yan tərəfində olan dişlər.
Qabaq dişlər – bax ön dişlər. Ön dişlər
– bax kəsən dişlər. Əllisində əlif qəddin
çəkilər; Altmışında ön dişlərin tökülər. “Koroğlu”.
Süd dişi – uşağın ağzında çıxan və
altı yaşdan sonra tökülüb daimi dişlərlə əvəz
olunan birinci dişlər. Qaraca dədə isə başını
aşağı salıb səssizcə gülürdü və qocanın
gülüşü süd dişləri təzəcə tökülməyə başlamış
bir uşaq gülüşünü andırırdı. Ə.Məmmədxanlı.
Süni diş, taxma diş – sonradan
qayrılma diş, qoyma diş. Yan dişlər – bax
köpək dişlər.
2.
Müxtəlif alətlərin, maşın hissələrinin,
çarxların kənarlarında, üstündə, yaxud uc
tərəfində olan ucuiti çıxıntı və ya dilik-dilik
hissələrdən hər biri. Mişarın dişləri. Saat
çarxının dişləri. Darağın dişləri.
3.
Bəzi meyvələrin dilim şəklində olan
hissələrindən hər biri. Bir diş sarımsaq.
4.
Meyvənin hər dəfəsində dişlə qoparılan
hissəsi. Bir diş alma. Bir diş xiyar.
◊ Canını dişinə tutmaq – bax can. Diş
ağartmaq – bax dişini ağartmaq 1-ci mənada.
Diş dəyişmək –
5.
bax diş dişəmək;
6.
məc. yeməyini dəyişmək, həmişə bir şey
yeməmək. Diş dişəmək – diş təzələmək,
yenidən diş çıxarmaq. Uşaq keçən il dişlərini
dişəməyə başlamışdır. Diş əti – ağızda
dişlərin dibini əhatə edən ət. Diş göstərmək
– boyun əyməmək, boyun qaçırmaq.
Diş hədiyi – uşaqların diş çıxarması münasibətilə
bişirilən yemək. Diş itiləmək
–
7.
qisas, intiqam almaq, əvəz çıxmaq üçün
səbəb aramaq, hazırlanmaq;
8.
bir şeyə göz
dikmək, ələ keçirməyə hazırlanmaq. Diş
keçirmək – haqqı olmayan bir işə qarışmaq.
Diş kirəsi köhn. –
9.
keçmişdə kəndlilərdən
alınan vergilərdən birinə xalq arasında verilən
ad;
10.
qonaqlıqdan əlavə qonağa verilən
pul, mal və s. Diş qıcamaq (qıcatmaq) –
11.
hədələmək, qorxutmaq. Kinayəli baxışlarla
diş qıcayır bir iblis tək; Ayırmayır gözlərini
o, zəncinin dodağından.. S.Vurğun;
12.
ələ keçirmək niyyətində olmaq, göz dikmək.
Diş qurdalamağa bir çöpü yoxdur – çox
kasıbdır, heç nəyi yoxdur. Diş salmaq
–
13.
qocalmaq (heyvanlar haqqında);
14.
süni
diş qoymaq. Həkim onun dişlərini saldı. Diş
taqqıldatmaq – hədələmək, qorxutmaq. Diş
yeri – bir şeyin dişləndiyi yerdə qalan diş izi,
dişlək yeri. Diş(i)-dırnağı ilə; dişi ilə,
dırnağı ilə – əzabla, əziyyətlə, çox məşəqqətlə.
Telli dişi ilə, dırnağı ilə çalışmış,
axırda İslam üçün əməlli-başlı bir ev-eşik
düzəltmişdi. S.Hüseyn. // Var gücü ilə, bacardığı
qədər. Ayaz da diş-dırnağı ilə düşmənləri
əzir, keçir; Qılınc, qalxan şaqqıltısı
qorxu salır ürəklərə. A.Şaiq. Yenə o insan
daşlardan, qayalardan tutacaq, dişi ilə,
dırnağı ilə torpaqdan yapışıb qurtarmağa
çalışacaqdır. M.İbrahimov. Dişə vurmaq –
bax dişinə vurmaq. Ancaq hələ bir dişimizə
vuraq, bərkini-boşunu bilək. C.Cabbarlı.
Dişə-dilə düşmək – bax dilə-dişə
düşmək (“Dil-diş”də). Dişi bağırsağını
kəsmək – daxilən əsəbi hal keçirmək, əsəbiləşmək,
hirsini büruzə verə bilməmək.
Dişi bağırsağını kəsən Şirzad bura qədər
durub gözlədi. M.İbrahimov. ..Veys dişi bağırsağını
kəsə-kəsə düşündü. Ə.Əbülhəsən.
Dişi batmaq – öhdəsindən gəlmək, gücü
çatmaq. Dişi batmamaq – öhdəsindən gələ
bilməmək, gücü çatmamaq, təsiri olmamaq,
təsir edə bilməmək. [Kosaoğlu:] ..Kəndimizdə
mənim əleyhimə qruppa var. Ancaq onu
bilin ki, mənə heç kəsin dişi batmayacaq.
İ.Şıxlı. Dişi dişinə dəymək – bax dişləri birbirinə
dəymək. ..Balaca Niyaz soyuqdan dişi
dişinə dəydikdə qeyri-ixtiyari olaraq anasının
qolundan yapışdı.. M.İbrahimov. Dişi
qarnında olmaq – hiyləgər, gizli iş görən
adam haqqında. Yox, düşmənin dişi qarnında
olur. S.Rəhimov. Dişində şirə qalmaq –
dadanmaq, alışmaq, öyrəşmək, adət etmək.
Dişinə vurmaq – sınamaq, dadmaq. Dişini
ağartmaq –
15.
acıq vermək, gülmək, istehza
etmək. Veys daxili bir həzlə [Həmzəyə]
dişini ağartdı. Ə.Əbülhəsən;
16.
bax dişlərini
ağartmaq. Dişini dişinə qıcamaq – bərk
hirslənmək. Fərman dişini dişinə qıcadı:
– Cəhənnəm ol!.. Ə.Abasov. Dişini qıcamaq
– intiqam almaq üçün bəhanə aramaq,
üzərinə atılmağa hazırlaşmaq. İndi də dişini
qıcamış Qacar; İranı talayır o qart canavar.
S.Vurğun. Dişinin dibindən çıxanı demək
– ağzına gələni demək, bərk söymək. [Tahir:]
Yəni atan deyir ki, mənə dişinin dibindən çıxanı
deginən? M.Hüseyn. Camaat xörək istəyir,
müdir də qapının ağzında dayanıb hər
gələnə elan eləyir ki, aşpaz qaçıb, sonra da
Umudun qarasınca dişinin dibindən çıxanı
deyir. İ.Məlikzadə. Dişləri bir-birinə dəymək,
dişləri taqqıldamaq –
17.
soyuqdan,
qorxudan, vahimədən qeyri-iradi olaraq dişləri
bir-birinə dəymək. Dişləri bir-birinə dəyir,
bütün bədəni əsim-əsim əsirdi. M.Rzaquluzadə;
18.
bərk üşümək. Dişlərini ağartmaq
– səbəbsiz gülmək, irişmək. İndi isə hörmətli
bir tanış kimi mənə salam verir və dişlərini
ağardır. M.S.Ordubadi. Tamah dişini çəkmək.
– bax tamah.