"Qızıl fit" alan yeganə azərbaycanlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün məşhur Azərbaycan hakimi Tofiq Bəhramovun 91 yaşı tamam olur.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Tofiq Bəhramov 1925-ci il, yanvarın 29-da Ağdamda anadan olub.
Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə "Neftyanik"ə dəvət olunub. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb.
Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbol vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.
1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. T.Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, Tofiq müəllim 1972-ci ildə Qitələrarası kubokun finalını ("Ayaks" (Hollandiya) - "İntependyente" (Argentina) görüşünü idarə edib.
"DÇ-1966"nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdular.
Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası "Qızıl fit"i və "Qızıl ilahə"nin kiçik modelini həmyerlimizə təqdim etmişdi. Bəhramov haqqında sənədli film də çəkilib.
Tofiq Bəhramovun futbolda xidmətləri çox olub. Elə ona görə də ölkənin bir nömrəli idman arenası - Respublika stadionu onun adını daşıyır. Stadionun girişində dünyada ilk dəfə mərhum hakimə abidə də ucaldılıb.
Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Bunu mənə deyənlər indi TikTok-da yemək bişirib satır"
-
Qarpızlar qəfildən köpüklənir: Səbəbi bəlli oldu
-
Dərin hislər bəsləyən kişilərin etdiyi 7 şirin davranış
-
DÇ-2026: İspaniya dünya çempionu oldu
-
Soğan qovurarkən bir çimdik əlavə etmək kifayətdir: Rəngi də, dadı da tamamilə dəyişir
-
Tramp Dünya Çempionatının finalını izləyir (Foto/Video)
-
Peruda zəlzələ nəticəsində 6 nəfər ölüb
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (Video)
-
"Survivor"un iştirakçısı göz yaşları ilə qarşılandı - (Foto)
-
Üzüm yarpağının suyu niyə daşır?
-
Günün qoroskopu: İş həyatınızda gözlənilməz bir fürsət yarana bilər
-
İranın zərbələri nəticəsində ABŞ hərbçiləri həlak olub
-
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
-
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
-
Bir həftə əvvəl kanalda batan yeniyetmənin (Fotosu)
-
Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib (Video)
-
Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı
-
Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu (Foto)
-
Azərbaycan–Almaniya tərəfdaşlığı: Enerjidən “yaşıl” iqtisadiyyata və tranzitə keçid
-
“Anamsız bizə çətindir” - “Arzum”un qızı
-
"Yeni oxuyan tapıb, ona görə məni atıb" - Nadir Qafarzadə
-
DÇ finallarında 48 ildən sonra ilk yaşanacaq
-
Kəngərlidə ağır qəza - ölən və yaralananlar var (Foto)
-
Əraqçi: Netanyahu İranı parçalamaq istəyir





