Cümlənin sonunda işlənərək təkid, təəccüb və s. bildirən köməkçi söz; “ha” ədatının qısaldılmış şəkli. □ Buna bax a!
Obyektin, hərəkətin başlanğıcı, ilkin nöqtəsi. □ A nöqtəsindən B nöqtəsinə kimi. A planı.
Yüksək, ali. □ A kateqoriyalı.
Poliqrafiya. Kağız vərəqinin beynəlxalq ölçü standartı. □ A-4 formatı.
Musiqi. “Lya” musiqi notunun hərfi ifadəsi.
Həmçinin bax:
Azərbaycan dilinin izahlı lüğətiArxaizm. Müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı; əba. □ Molla nazik, ağ abasını çiyinlərində oynadaraq: - Buna heç şəkk-şübhə ola bilməz. (S.Rəhimov).
1. Dialekt. Ata.
2. Dialekt. Böyük bacı (yaşlı qadına da deyilir).
Azərbaycan dilinin izahlı lüğəti