Məzmuna keç

Xavyer Peres de Kuelyar

Vikipediya, azad ensiklopediya
Xavyer Peres de Kuelyar
isp. Javier Pérez de Cuéllar
Doğum tarixi 19 yanvar 1920(1920-01-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 mart 2020(2020-03-04)[5][6][…] (100 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Pastor Matias Maestro qəbiristanlığı[d][8][9]
Uşağı 2[10][11]
Fəaliyyəti siyasətçi, diplomat, vəkil, səfir, universitet müəllimi, hüquqşünas, hökumət başçısı[d]
Üzvlüyü
Mükafatları "Palıd tacı" ordeninin böyük xaçı "Puşkin" medalı "Xidmətlərə görə" ordeninin böyük xaçı Prezidentin "Azadlıq" medalı — 1991 "Fəxri legion" ordeninin böyük xaçı "Müqəddəs Mixail və Georgi" ordeni Grand Cross of the Order of the Southern Cross "Almaniya Federativ Respublikası qarşısında xidmətlərə görə" ordeninin xüsusi dərəcəsinin böyük xaçı "Katolik İzabella" ordeninin boyunbağısı — 1991 "Katolik İzabella" ordeninin böyük xaçı — 1984 "Xidmətlərə görə" ordeninin böyük xaçı "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük zabit dərəcəsi "Azadlıq" ordeninin böyük xaçı Supreme Order of the Renaissance Grand Cross of the Order of May "Xilaskar San-Martin" ordeni "Peru günəşi" ordeninin böyük xaçı "Xilaskar" ordeni Order of Francisco de Miranda Order of José Matías Delgado Order of Vasco Núñez de Balboa Grand Cordon of the National Order of the Cedar‎ Order of Mono Order of Diplomatic Service Merit Juan Pablo Duarte Order of Merit Order of Merit of the Principality of Liechtenstein Grand Cross of the National Order of Merit "Ləyaqət" milli ordeni
Beynəlxalq əməkdaşlığa görə Asturiya Şahzadəsi mükafatı — 1987
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xavyer Peres de Kuelyar (isp. Javier Pérez de Cuéllar y de la Guerra; 19 yanvar 1920[1][2][…], Lima[3][4][…]4 mart 2020[5][6][…], Lima[7]) — Peru diplomatı. 1 yanvar 1982-ci ildən 31 dekabr 1991-ci ilədək BMT-nin baş katibi.

Xavyer Peres de Kuelyar 1920-ci il yanvarın 19-da Limada anadan olmuşdu. Xavyer Peres de Kuelyar 1940-cı ildən Perunun Xarici İşlər Nazirliyində işləyib. 1944-cü ildə diplomatik karyerasına başlayıb. 1964-1979-cu illərdə ölkəsinin İsveçrə, SSRİ, Polşa və Venesueladakı səfiri vəzifələrini tutub. 1971-1982-ci illərdə BMT-dəki Peru nümayəndə heyətinin başçısı olub. 1982-ci ildə BMT-nin baş katibi seçilib və bu vəzifədə iki müddət ərzində çalışıb.

1995-ci ildə o, Peru prezidenti seçkilərinə qatılıb və 22 faiz səs toplayaraq uduzub. 2000-2001-ci illərdə ölkəsinin hökumətinə və XİN-ə rəhbərlik edib.

Xavyer Peres de Kuelyar 4 mart 2020-ci ildə vəfat edib.