Məzmuna keç

Voyacer 2

Vikipediya, azad ensiklopediya
Voyacer 2
Operator
Buraxılma yeri SLC-41[d][1]
Daşıyıcı raket Titan IIIE[d][1]
Buraxılma tarixi 20 avqust 1977[1]
COSPAR ID 1977-076A
SCN 10271
Sayt voyager.jpl.nasa.gov
Texniki göstəriciləri
Kütləsi 815 kq[2], 735 kq[2]
Gücü 420 Vt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Voyacer 2 — kosmik gəmi.

ABŞ-nin Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Yupiter, Saturn, Uranı ziyarət etmiş tək kosmik aparatdır. 8 sentyabr 2015-ci ildə Voyacer 2 yerdən 16,306 milyard km uzaqlıqda olub.

Dekabrın 10-da Amerika Geofizika İttifaqının Vaşinqtondakı toplantısında NASA, Voyager 2 kosmik aparatının Günəşin maqnitosferini tərk edərək ulduzlararası fəzaya daxil olduğunu elan etdi.[3]

Ötən əsrin 70-ci illərinə aid sınaq, hazırda ulduzlar arasındakı az öyrənilən fəza hissələri haqqında təsəvvürləri qalaktik kosmik şüa selinin öyrənilməsi yolu ilə zənginləşdirə biləcək.

Onun əkizi Voyager 1 həmin sərhəddi 2012-ci ildə keçmişdi, lakin Voyager 2-nin keçidi daha maraqlıdır, çünki onun daşıdığı cihazlar ulduzlararası plazmanı ölçə bilir və bizə bu haqda ilk məlumat verə biləcək.[4]

Xatırladaq ki, Voyager cütlüyü 1977-ci ildə Florida ştatının Cape Canaveral şəhərində iki həftəlik ara ilə (Voyager 2 – 20 Avqust, Voyager 1 – 5 Sentyabr) fəzaya buraxılıb.[3]

  1. 1 2 3 McDowell J. Jonathan's Space Report (ing.). 1989.
  2. 1 2 https://voyager.jpl.nasa.gov/frequently-asked-questions/.
  3. 1 2 "Arxivlənmiş surət". 15 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  4. "Arxivlənmiş surət". 24 fevral 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.