Məzmuna keç

Stilizasiya

Vikipediya, azad ensiklopediya

Stilizasiyaincəsənətədəbiyyatda hər hansı bir üslubun formal əlamətlərinin şüurlu şəkildə təqlid edilməsi. İncəsənətdə istənilən üslub (Misir, Bizans, barokko, bidermayer, xalq sənəti və s.) stilizə edilə bilər; bəzən bu təqlid müstəqil üslublara (neoklassisizm, neobizantizm, neorealizm və s.) çevrilir.

Stilizasiya obrazlı ifadənin vizual təşkili üsullarından biridir ki, bu zaman obyektin ən xarakterik cizgiləri ön plana çıxarılır və lazımsız detallar kənarlaşdırılır.[1] İş prosesi kimi stilizasiya, təsvir olunan obyektlərin (fiqurların, əşyaların) forma, həcmrəng nisbətlərinin şərti dəyişdirilməsi üsulları vasitəsilə dekorativ ümumiləşdirilməsidir.[2]

Yaradıcılıq metodu kimi stilizasiya mövcud mədəni təcrübədən tarixi, milli, süjet motivlərinin və ya bədii üsulların mənimsənilməsini, onların yaradıcı şəkildə yenidən mənalandırılmasını və müasir bədii vasitələrlə ötürülməsini nəzərdə tutur.[3]

  1. Панкратова А. В. Пропедевтика: теория и композиции для графических дизайнеров: методическое пособие к курсу «Пропедевтика (основы композиции)» / А. В. Панкратова ; Смоленск. гуманит ун-т. – Смоленск, 2010. – 60 с.
  2. Логвиненко Г. М. Декоративная композиция: учеб. пособие для студентов вузов, обучающихся по специальности «Изобразительное искусство» / Г. М. Логвиненко.— М. : ВЛАДОС, 2008. – 144 с.: ил. (Изобразительное искусство).
  3. Билялова И. Я. Arxiv surəti 8 dekabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine Декоративная стилизация на занятиях по дисциплине «основы композиции» Arxiv surəti 8 dekabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine

Ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]
  • Stilizasiya. // «Məşhur incəsənət ensiklopediyası» (Популярная художественная энциклопедия). Polevoy V. M.-in redaktəsi ilə; Moskva: "Sovet Ensiklopediyası" nəşriyyatı, 1986.
  • Vlasov V. Q. Təsviri sənətdə forma yaratma nəzəriyyəsi (Теория формообразования в изобразительном искусстве). Sankt-Peterburq: SPb. Universitetinin nəşriyyatı, 2017. S. 181-186.