Saksaul
| Saksaul | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||
| Elmi təsnifat | ||||||||
|
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Saksaul |
||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
Saksaul (lat. Haloxylon) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Səhra-meşə cəngəlliklərini — saksaul meşələrini əmələ gətirirlər. Bunların sahələri Qazaxıstanın cənubunda 15 mln.ha yaxın, Türkmənistanda 6 mln.ha və Özbəkistanda 0,6 mln.ha olur.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Kol və ya çox hündür olmayan ağaclar (1,2-1,5 m hündürlükdə) dixotomik budaqlanan və kövrək cavan zoğlar pöhrələrə malikdir. Yarpaqları qarşı-qarşıya düzülmüş xırda rəngsiz pulcuq və ya qalxanşəkilli (fotosintez yaşıl budaqlarda gedir). Çiçəkləri ikicinslidir, pulcuqlar arasında dörd-dörd yerləşir. Çiçəkyanlığı 5 pərdəşəkilli yarpaqcıqlardan ibarət olub, fındıqcameyvə üçün qanadcıq əmələ gətirir. Kök sistemi çox güclüdür, 10-11 metrə qədər dərinliyə gedir. Düzgün olmayan, möhkəm, bəzən isə kövrək olan gövdəyə malikdir. Gövdə qabığının rəngi ağ, qara və ya qəhvəyi olur.
Növləri
[redaktə | vikimətni redaktə et]- Zaysan saksaulu (Haloxylon ammodendron (C.A.Mey.) Bunge ex Fenzl)
- Haloxylon gracile (Aellen) Hedge
- Haloxylon griffithii (Moq.) Boiss.
- Haloxylon multiflorum (Moq.) Bunge ex Boiss.
- Haloxylon negevensis (Iljin & Zohary) L.Boulos
- Ağ saksaul (Haloxylon persicum Bunge)
- Haloxylon salicornicum (Moq.) Bunge ex Boiss.
- Haloxylon schmittianum Pomel
- Haloxylon scoparium Pomel
- Haloxylon tamariscifolium (L.) Pau
- Haloxylon thomsonii Bunge ex Boiss.