Məzmuna keç

Ramil İmranov

Vikipediya, azad ensiklopediya
Ramil İmranov
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun konsulu
2024 23 may 2026
Prezidentİlham Əliyev
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində müşavir
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 23 may 2026(2026-05-23)
Vəfat yeri
Vəfat səbəbi avtomobil qəzası
Dəfn yeri
Fəaliyyəti diplomat

Ramil İmranov (Alxasava, Göyçay rayonu23 may 2026, Şərqi Azərbaycan ostanı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun konsulu (2024–2026). İranda xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuşdur.

Ramil İmranovun uzun illər diplomatik xidmət sahəsində çalışmışdır. O, daha əvvəl Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində müşavir vəzifəsində çalışmışdır.[1] İmranov "Arab News" nəşri daxil olmaqla, müxtəlif beynəlxalq platformalarda regional mövzulara dair analitik yazılarla da çıxış etmişdir.[2]

Ramil İmranov 2024-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsinə təyin olunmuşdur.[1] Azərbaycan–İran münasibətlərinin regional dinamika baxımından mürəkkəb xətt üzrə inkişaf etdiyi bir dövrdə, o, İran Azərbaycanı coğrafiyasında (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və digər ətraf ostanlıqlar) fəaliyyət göstərən diplomatik korpusun tərkibində aktiv rol oynayıb. Konsul kimi onun fəaliyyət istiqamətlərinə bu bölgədə yaşayan və səfər edən Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunması, rəsmi təmasların idarə edilməsi, həmçinin humanitar, iqtisadi və mədəni əlaqələrin diplomatik koordinasiyası daxil idi.[3]

Ramil İmranov 23 may 2026-cı il tarixində İranda xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuşdur.[4][5] Hadisə diplomatın idarə etdiyi avtomobilin iştirakı ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi diplomatın qəza nəticəsində vəfat etdiyini rəsmən təsdiqləmişdir.[6][7]

İran polisinin (FARAJA) İlkin Yol Polisi Hesabatına əsasən, qəza Şərqi Azərbaycan ostanının MərəndXoy magistral yolunda baş vermişdir. Diplomatın idarə etdiyi idman tipli yolsuzluq avtomobili (SUV) "Peugeot" markalı minik avtomobili ilə toqquşmuşdur. İlkin araşdırmalara görə, qəzaya səbəb "Peugeot" markalı avtomobilin qarşı tərəfin hərəkət zolağına çıxması və sürət həddini aşması olmuşdur. Hadisə nəticəsində Ramil İmranov aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat etmiş, digər avtomobilin sürücüsü isə yaralanmışdır.[8][9][10] Hadisədən dərhal sonra qəza yerindən çəkilmiş ilk görüntülər sosial şəbəkələrdə və regional media resurslarında yayılaraq geniş ictimai əks-səda doğurmuşdur.[3] Qəzadan sonra mətbuatda diplomatın xidmət etdiyi dövrdə çəkilmiş fotoşəkilləri yayımlanmışdır.[11]

Hadisədən sonra Ramil İmranovun nəşi İrandan Azərbaycana gətirilmişdir. Nəşin Azərbaycana çatdırılması prosesi müvafiq dövlət qurumlarının koordinasiyası ilə həyata keçirilmişdir.[12][13][14]

24 may 2026-cı il tarixində konsul ilə vida mərasimi təşkil olunmuşdur. Mərasimdə Azərbaycan Respublikası Baş Nazirinin müavini Samir Şərifov, Xarici İşlər Nazirliyinin rəhbərliyi və diplomatik korpusun nümayəndələri iştirak etmişdilər.[15] Vida mərasimində çıxış edən Samir Şərifov Ramil İmranovun hər zaman dövlətçilik prinsiplərini uca tutan, öz xidməti vəzifəsinə sadiq və peşəkar bir diplomat olduğunu vurğulamışdır.[16][17] Diplomat elə həmin gün Göyçay rayonu Alxasava kənd qəbiristanlığında dəfn olunmuşdur.[3][15]

Ramil İmranovun ölümü ilə əlaqədar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi rəsmi başsağlığı bəyanatı yaymışdır. Səfir öz bəyanatında konsulun həlak olmasından dərin kədər hissi keçirdiyini bildirmiş, hadisəni diplomatik korpus üçün böyük itki adlandırmış və mərhumun ailəsinə, yaxınlarına, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivinə İran tərəfi adından dərin hüznlə başsağlığı vermişdir[18][19] Azərbaycanın diplomatik dairələri və regional mətbuat orqanları da konsulun vaxtsız vəfatı ilə bağlı geniş nekroloqlar yayımlamışdılar.[20]

  1. 1 2 https://redaktor.az/news/actual/328244-helak-olan-bas-konsul-kim-idi
  2. https://www.arabnews.com/authors/ramil-imranov
  3. 1 2 3 https://pravda.az/news/210862
  4. https://azertag.az/xeber/azerbaycanin_tebrizdeki_konsulu_yol_qezasinda_helak_olub-4221207
  5. https://qafqazinfo.az/news/detail/tebrizdeki-konsulumuz-facievi-sekilde-helak-oldu-509867
  6. https://caspianpost.com/azerbaijan/azerbaijani-diplomat-dies-in-traffic-accident-while-on-duty-in-iran
  7. https://en.iz.ru/en/2102643/2026-05-23/azerbaijani-foreign-ministry-announced-death-countrys-consul-result-accident-iran
  8. https://easternherald.com/2026/05/24/azerbaijani-consul-killed-iran-crash-tabriz/
  9. https://konkret.az/iran-polisinden-diplomatimizin-olumu-ile-bagli-aciqlama/
  10. https://www.binance.com/en/square/post/326572827559025
  11. https://bakivaxti.az/az/posts/detail/tebrizde-vefat-eden-konsulumuzun-fotosu-1779562446
  12. https://globalinfo.az/tebrizdeki-konsulumuzun-nesi-azerbaycana-getirildi/
  13. https://medianews.az/ramil-imranovun-nesi-vetene-getirildi-bu-gun-defn-edilecek
  14. https://menafn.com/1111164214/Body-Of-Azerbaijani-Consul-Ramil-Imranov-Returned-To-Azerbaijan
  15. 1 2 https://report.az/daxili-siyaset/avtoqezada-helak-olan-azerbaycanin-tebrizdeki-konsulu-ramil-imranovla-vida-merasimi-kecirilib
  16. https://report.az/amp/daxili-siyaset/samir-serifov-ramil-imranov-dovletcilik-prinsiplerini-her-zaman-esas-goturen-diplomat-idi
  17. https://globalinfo.az/ramil-imranov-dovletcilik-prinsiplerini-her-zaman-esas-gotururdu-nazir-muavini/
  18. https://qafqazinfo.az/news/detail/iranin-bakidaki-sefiri-konsulun-olumunden-yazdi-509877
  19. https://globalinfo.az/iranin-bakidaki-sefirinden-ramil-imranovun-ailesine-mesaj/
  20. https://azpost.info/az-rbaycanin-t-brizd-ki-konsulu-ramil-imranov-iranda-h-lak-oldu/