Məzmuna keç

Nik Meyson

Vikipediya, azad ensiklopediya
Nik Meyson
Nick Mason
2018-ci ildə çıxış edərkən Meyson
2018-ci ildə çıxış edərkən Meyson
Ümumi məlumatlar
Doğum adı Nicholas Berkeley Mason
Doğum tarixi (82 yaş)
Doğum yeri Birminhem, İngiltərə
Uşağı 4
Musiqiçi məlumatları
Fəaliyyəti zərbçi[d], bəstəkar, mahnı yazarı[d], musiqi prodüseri
Fəaliyyət illəri 1964 - h.h.
Janrlar
Musiqi aləti Zərb alətləri
Albom şirkətləri EMI[d], Capitol Records[d]
Təhsili
  • Vestminster Universiteti[d]
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeninin komandor dərəcəsi
thesaucerfulofsecrets.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolas Berkli Meyson (27 yanvar 1944-cü ildə anadan olub) ingilis musiqi və Pink Floyd rok qrupunun təsisçilərindən biridir. O, 1965-ci ildə qrupun yaranmasından bəri qrupun tərkibində daimi fəaliyyət göstərən və bütün albomlarda yer alan yeganə üzvdür.. O, " Echoes ", " Time ", " Careful with That Axe, Eugene " və " One of These Days " kimi Pink Floyd mahnılarının həmmüəllifidir.

Nikolas Berkli Meyson 27 yanvar 1944-cü ildə Birminhemdə Ailsa Sara (qızlıq soyadı: Kerşou) və sənədli film rejissoru Bill Meysonun ailəsində anadan olub.[2] Ata tərəfdən ulu babalarından biri 1904-1905-ci illərdə Birminhemin Lord-meri olmuş Rouland Hill Berkli idi.[3]

Pink Floyd qrupu 1967-ci ildə debüt albomu ola Piper at the Gates of Dawn-ı buraxdı. [4] Meyson o vaxtdan bəri bütün Pink Floyd albomlarında çıxış edib.[5] "The Grand Vizier's Garden Party" ( Ummagumma albomundan) və " Speak to Me " ( The Dark Side of the Moon albomundan ) mahıları tam olaraq Nik tərəfindən yazılan yeganə mahnılardır.[5] "Nick's Boogie" mahnısı isə ona həsr olunub.[5]

1973-cü ildə Meyson

Meyson ilk dəfə 1969-cu ildə Lindi Rutter ilə evlənib. Bu evlilikdən iki qızı var. Cütlük 1988-ci ildə boşanıb. 1990-cı ildə Meyson aktrisa Annet (Netti) Linton ilə evləndi. Onlar iki oğlu ilə birlikdə London aqlomerasiyasının Hempsted şəhərində yaşayırlar.

  1. (not translated to en-gb) Pink Floyd: The Music and the Mystery (brit. ing.). / red. C. Charlesworth London: (untranslated), 2010. 168 s.
  2. People of today. London: Debrett's Peerage. 1993. səh. 1372. ISBN 978-1-870520-14-0.
  3. "Bill Mason". The British Entertainment History Project. 11 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  4. Roberts, 2005
  5. 1 2 3 Mabbett, Andy. Pink Floyd – The Music and the Mystery. London: Omnibus. 2010. ISBN 978-1-84938-370-7.