Məzmuna keç

Mariya Konopnitskaya

Vikipediya, azad ensiklopediya
Mariya Konopnitskaya
pol. Maria Konopnicka
Təxəllüsü Jan Sawa
Doğum tarixi 23 may 1842(1842-05-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 oktyabr 1910(1910-10-08)[1][2][…] (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
  • Lıçakov qəbiristanlığı[d][5]
Fəaliyyəti şair, yazıçı, esseist, uşaq ədəbiyyatı yazıçısı, ədəbi tənqidçi, tərcüməçi, children's rights activist, redaktor
Əsərlərinin dili polyak dili
İmza
Vikimənbənin loqosu Mariya Konopnitskaya Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mariya Konopnitskaya (pol. Maria Konopnicka; 23 may 1842[1][2][…], Suvalki, Polşa çarlığı[3][4][…]8 oktyabr 1910[1][2][…], Lvov, Sisleytaniya[3][4][…])[6]polyak şairə, yazıçı, uşaq yazıçısı, tərcüməçi, jurnalist, tənqidçi, həmçinin qadın hüquqları və Polşanın müstəqilliyi uğrunda mübarizə aparan aktivist.[7] "Jan Sava" da daxil olmaqla müxtəlif təxəllüsləri olub. Konopnitskaya, Polşa pozitivizm dövrünün ən mühüm şairlərindən biri olub.[8][9]

Konopnitskaya, 23 may 1842-ci ildə Suvalkidə anadan olub.[10] Atası Yuzef Vasilovski hüquqşünas olub.[10] ilk təhsilini evdə aldıqdan bir il sonra (1855–56), Varşavadakı Sakramentka Rahibələri monastırının pansionatında oxuyub.[11]

Konopnitskaya, Mariya Dulebianka tərəfindən çəkilmiş portreti, 1902-ci il.

O, yazıçı kimi debütünü 1870-ci ildə "Qış səhərində" şeiri ilə edib.[12] Gələcək Nobel mükafatı laureatı Henrik Senkeviç tərəfindən yüksək qiymətləndirilən və 1876-cı ildə nəşr olunan "Dağlarda" şeirindən sonra məşhurluq qazanıb.[12][13]

1862-ci ildə Yaroslav Konopnitsk ilə ailə həyatı quran Mariyanın altı övladı olub.[10][13] Həyat yoldaşı onun yazıçı karyerasına qarşı olduğu üçün bu evlilik xoşbəxt sonluqla nəticlənməyib. Dostuna yazdığı məktubunda o, özünü "ailəsi olmayan" və "qəfəsə salınmış quş" kimi təsvir edirdi.[13] Nəhayət, 1878-ci ildə, qeyri-rəsmi ayrılıqdan sonra, həyat yoldaşını tərk edərək yazıçılıqla məşğul olmaq üçün Varşavaya köçüb. Övladlarını da özü ilə aparıb.[14] Tez-tez Avropaya səyahət edən Mariyanın ilk böyük səfəri 1883-cü ildə İtaliyaya olub.[10][14] Ömrünün 1890-1903-cü illərini Avropada, xaricdə yaşayaraq keçirib.[12][15]

Maria Konopnitskayanın doğulduğu və uşaqlıq dövrünün keçdiyi Suvalkidəki evi, hazırda muzey kimi fəaliyyət göstərir.

Onun həyatı nikahdankənar sevgi macəraları, itkilər və ailədəki psixi xəstəliklər də daxil olmaqla "çətin" olaraq xarakterizə edilib.[12] O, pozitivizm dövrünün polyak qadın şairi Eliza Orjeşkova və rəssam, həmçinin fəal Mariya Dulebianka ilə dost olub.[16]

Aktivist yazıçı olmaqla yanaşı, o, həm də Prussiyada etnik (əsasən polyak) və dini azlıqlara qarşı repressiyalara etiraz olaraq aksiyalar təşkil edən və o aksiyalarda iştirak edən ictimai fəal olub. O, qadın hüquqları müdafiəsi hərəkatında da yaxından iştirak edib.[12]

Mariya Konopnitskaya Jarnoveçdəki evi, indi muzey kimi fəaliyyət göstərir.[12]

Onun 1880-ci illərdəki ədəbi fəaliyyəti Polşada böyük rəğbət qazanıb.[17] 1884-cü ildə uşaq ədəbiyyatı yazmağa başlayan Konopnitskaya, 1888-ci ildə isə "Dörd hekayə" adlı əsəri ilə nəsr yazarı kimi debüt edib.[12] Konopnitskayanın hazırda muzey olan kənd evi, Jarnoveçdə yerləşir. Yazılarının getdikcə artan populyarlığı sayəsində, 1902-ci ildə bir qrup polyak aktivist ona malikanə alaraq mükafatlandırıblar. Bu mülk bir sıra təşkilatlar və fəallar tərəfindən toplanan vəsait hesabına satın alınıb.[15] Həmin dövrdə Polşa müstəqil ölkə olmadığı və onun yazıları Prussiya ilə Rusiya hakimiyyətinin siyasi maraqlarına uyğun gəlmədiyi üçün, keçmiş Polşanın daha tolerant olan Avstriya tərəfindən bölünmüş hissəsində bir məkan seçildi.[15] 1903-cü ildə o, Jarnoveçdə malikanə aldı və sentyabrın 8-də oraya köçdü.[15][18] O, yaz və yay fəsillərinin böyük hissəsini orada keçirir, payız və qışda isə Avropanı səyahət etməyə davam edirdi.[12][15]

Mariya Konopnitskaya 1910-cu il oktyabrın 8-də Lvovda vəfat edib.[15] Orada, Lıçakov qəbiristanlığında dəfn olunub. Arzusuna uyğun olaraq, Dulebianka da onun yanında torpağa tapşırılıb.[6][10]

Mariya Konopnitskaya həm nəzm, həm də nəsr əsərləri yazıb.[19] Onun ən xarakterik üslublarından biri xalq nəğmələri tərzində bəstələnmiş şeirlər idi.[12] O, ədəbiyyatın bir çox janrlarında – reportaj oçerkləri, narrativ (nəqli) xatirələr, psixoloji portret araşdırmalar və digər istiqamətlərdə özünü sınayıb.[12]

Kəndlilərin, fəhlələrin və Polşa yəhudilərinin məruz qaldığı zülm və yoxsulluq onun əsərlərinin ana mövzusu olub.[9][10] Yəhudi xalqına bəslədiyi rəğbətə görə o, filosemit hesab olunurdu.[8] Onun əsərləri eyni zamanda vətənpərvər və millətçi xarakter daşıyırdı.[8][20][21]

Onun ən tanınmış əsərlərindən biri, Braziliyadakı polyak mühacirlərindən bəhs edən və altı nəğmədən (kantodan) ibarət "Braziliyada cənab Balker" adlı epik poemasıdır.[10][12] Digəri isə iki il sonra Feliks Novoveyski tərəfindən bəstələnərək, xüsusilə Prussiyanın bölüşdürülən ərazilərində Polşanın qeyri-rəsmi himninə çevrilən "And" əsəridir.[18][22] Bu vətənpərvər poema almanlaşdırma siyasətini kəskin şəkildə tənqid etdiyindən, anti-alman xarakterli əsər kimi xarakterizə olunurdu.[12] Onun uşaq ədəbiyyatı sahəsindəki ən məşhur əsəri 1896-cı ildə işıq üzü görən "Yetim Məryəm və cırtdanlar haqqında" kitabıdır.[21] Dövrün bir çox digər əsərləri ilə müqayisədə, onun uşaq ədəbiyyatı nümunələri böyük rəğbətlə qarşılanıb.

Mariya Konopnitskayanın Lvovdakı məzarı.

Mariya Konopnitskaya, həmçinin İrlandiya patriotu Robert Emmetin edam edilməsi haqqında da poema da yazıb.[23] Emmet 1803-cü ildə Dublində Britaniya hakimiyyəti tərəfindən edam edilsə də, Konopnitskaya bu mövzuda olan poemasını 1908-ci ildə nəşr etdirib.[24]

Mariya Konopnitskaya, həm də tərcüməçi idi. Onun tərcümə etdiyi əsərləri arasında Ada Neqrinin 1901-ci ildə Polşada nəşr olunmuş "Fatalita" və "Tempeste" əsərləri də yer alıb.[25]

  • 1922-ci ildə Pabyanitse şəhərində Mariya Konopnitska adına Xüsusi Təhsil Məktəb Kompleksi təsis edilib.
  • Polşa poçtu 1952-ci ildə onun təsviri olan poçt markası buraxıb.[26]
  • Konopnitskayanın Jarnoveçdəki malikanəsi muzeyə çevrilmiş və 1957-ci ildə Jarnoveçdəki Mariya Konopnitskaya Muzeyi adı altında fəaliyyətə başlayıb.[15][18] Digər muzey — Suvalkidəki Mariya Konopnitskaya Muzeyi isə 1973-cü ildə açılıb.[27]
  • Polşada bir çox məktəb və digər müəssisə, həmçinin bir neçə küçə və meydan onun adını daşıyır. Polşa Ticarət Donanmasına aid "MS Maria Konopnicka" gəmisi də onun şərəfinə adlandırılıb. Onun xatirəsinə bir neçə lövhə və abidə də ucaldıllb. Bunlardan ən yenilərindən biri 2010-cu ildə Suvalkidə ucaldılmış abidədir. 1994-cü ildə isə Venera planetindəki kraterlərdən birinə onun adı verilib.[28][29]
  • Şairənin vəfatının yüzüncü ildönümü münasibətilə 2010-cu ildə Varşavada "orqanik iş"in tanınması və qiymətləndirilməsi məqsədilə Beynəlxalq Mariya Konopnitskaya mükafatı təsis edilib.
  • Varşavada yerləşən Mariya Konopnitskaya abidəsi siyenit daşından hazırlanmış heykəldir.[30]

Seçilmiş əsərləri

[redaktə | vikimətni redaktə et]

Şeir kitabları

[redaktə | vikimətni redaktə et]
  • Linie i dźwięki (Xətlər və Səslər, 1897)
  • Śpiewnik historyczny (Tarixi Musiq kitabı, 1904)
  • Głosy ciszy (Səssizliyin səsi, 1906)
  • Z liryk i obrazków (Sözlər və Şəkillər, 1909)
  • Pan Balcer w Brazylii (Braziliyada cənab Balker, 1910)

Nəsr əsərləri

[redaktə | vikimətni redaktə et]
  • Cztery nowele (Dörd qısa hekayə, 1888)
  • Moi znajomi (Tanıdığım insanlar, 1890)
  • Na drodze (Yolda, 1893)
  • Ludzie i rzeczy (İnsanlar və əşyalar, 1898)
  • Mendel Gdański

Uşaq ədəbiyyatı

[redaktə | vikimətni redaktə et]
  • Śpiewnik dla dzieci (Uşaqlar üçün mahnı kitabı).
  • O Janku Wędrowniczku (Səyyah Conni haqqında).
  • O krasnoludkach i sierotce Marysi (Cırtdanlar və Kiçik yetim Məryəm haqqında).
  • Na jagody (Qaragilə yığımı).
  • Rota (And, 1908).
  • Stefek Burczymucha.
  • Wolny najmita (Azad Gündəlik işçi).
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Krzyzanowski J. R. Maria Konopnicka // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Конопницкая Мария // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 3 4 Blumesberger S. Konopnicka, Maria // Handbuch der österreichischen Kinder- und Jugendbuchautorinnen (alm.). 2014. Vol. 1. S. 594–595. ISBN 978-3-205-78552-1
  5. Криса Л. Личаківський некрополь (ukr.). 2006. S. 119. ISBN 978-966-8955-00-6
  6. 1 2 "pl.Billiongraves.com". İstifadə tarixi: 11 iyul 2019.
  7. Maria Szypowska. Konopnicka jakiej nie znamy. Wydawn. Spółdzielcze. 1990. səh. 82. ISBN 978-83-209-0761-2. İstifadə tarixi: 14 may 2013.
  8. 1 2 3 Yitzhak Zuckerman. A surplus of memory: chronicle of the Warshaw Ghetto uprising. University of California Press. 1993. səh. 501. ISBN 978-0-520-91259-5. İstifadə tarixi: 14 may 2013.
  9. 1 2 Richard Frucht. Eastern Europe: an introduction to the people, lands, and culture. ABC-CLIO. 2005. səh. 49. ISBN 978-1-57607-800-6. İstifadə tarixi: 14 may 2013.
  10. 1 2 3 4 5 6 7 Stanley S. Sokol. The Polish Biographical Dictionary: Profiles of Nearly 900 Poles who Have Made Lasting Contributions to World Civilization. Bolchazy-Carducci Publishers. 1992. səh. 197. ISBN 978-0-86516-245-7. İstifadə tarixi: 13 may 2013.
  11. Zofia Bogusławska. Literatura okresu pozytywizmu i realizmu krytycznego: antologia i opracowanie dla klasy X. Państwowe Zaklady Wydawn. Szkolnych. 1961. səh. 183. İstifadə tarixi: 14 may 2013.
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Marek Adamiec. "Maria Konopnicka". Literat.ug.edu.pl. 8 oktyabr 1910. İstifadə tarixi: 14 may 2013.
  13. 1 2 3 Anita Kłos. On Maria Konopicka's Translation of Ada Negri's Fatalita and Tempeste // Magda Heydel (redaktor). Przekładaniec, 2 (2010) vol 24 – English Version. Wydawnictwo UJ. səh. 112. ISBN 978-83-233-8669-8. İstifadə tarixi: 14 may 2013.
  14. 1 2 Maria Konopnicka. Korespondencja. Zakład Narodowy im. Ossolińskich. 1971. səh. 391. İstifadə tarixi: 14 may 2013.
  15. 1 2 3 4 5 6 7 "Muzeum Marii Konopnickiej w Żarnowcu – Historia Muzeum". Muzeumzarnowiec.pl. 10 aprel 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2013.
  16. Sylvia Paletschek; Bianka Pietrow-Ennker. Women's emancipation movements in the nineteenth century: a European perspective. Stanford University Press. 2004. səh. 214. ISBN 978-0-8047-6707-1. İstifadə tarixi: 15 may 2013.
  17. Jan Baculewski. Maria Konopnicka: materiały. Wydawn. Szkolne i Pedagogiczne. 1978. səh. 406. İstifadə tarixi: 14 may 2013.
  18. 1 2 3 Longina Jakubowska. Patrons of History: Nobility, Capital and Political Transitions in Poland. Ashgate Publishing, Ltd. 2012. səh. 141. ISBN 978-1-4094-5663-6. İstifadə tarixi: 14 may 2013.
  19. Stephen Cushman; Clare Cavanagh; Jahan Ramazani; Paul Rouzer. The Princeton Encyclopedia of Poetry and Poetics: Fourth Edition. Princeton University Press. 26 avqust 2012. səh. 1075. ISBN 978-1-4008-4142-4. İstifadə tarixi: 14 may 2013.
  20. Mieczyslaw B. Biskupski. The history of Poland. Greenwood Publishing Group. 2000. səh. 34. ISBN 978-0-313-30571-9. İstifadə tarixi: 14 may 2013.
  21. 1 2 Anita Kłos. On Maria Konopicka's Translation of Ada Negri's Fatalita and Tempeste // Magda Heydel (redaktor). Przekładaniec, 2 (2010) vol 24 – English Version. Wydawnictwo UJ. səh. 113. ISBN 978-83-233-8669-8. İstifadə tarixi: 14 may 2013.
  22. Ilya Prizel. National Identity and Foreign Policy: Nationalism and Leadership in Poland, Russia and Ukraine. Cambridge University Press. 13 avqust 1998. səh. 113. ISBN 978-0-521-57697-0. İstifadə tarixi: 14 may 2013.
  23. Tomasz Kamusella. Silesia and Central European Nationalismus: the emergence of national and ethnic groups in Prussian Silesia and Austrian Silesia, 1848–1918. Purdue University Press. 2007. səh. 170. ISBN 978-1-55753-371-5. İstifadə tarixi: 14 may 2013.
  24. Gerry Oates. "Maria Konopnicka agus Robert Emmet". Seanchas Ardmhacha: Journal of the Armagh Diocesan Historical Society. 19 (2). 2003: 136–139. JSTOR 25746924.
  25. Anita Kłos. On Maria Konopicka's Translation of Ada Negri's Fatalita and Tempeste // Magda Heydel (redaktor). Przekładaniec, 2 (2010) vol 24 – English Version. Wydawnictwo UJ. səh. 110. ISBN 978-83-233-8669-8. İstifadə tarixi: 14 may 2013.
  26. Bigalke, Jay, redaktorScott Standard Postage Stamp Catalog. B. Sidney, Ohio: Scott Publishing Co. avqust 2020. səh. 23. ISBN 978-0-89487-593-9.
  27. "Muzeum im. Marii Konopnickiej w Suwałkach". Muzeum.suwalki.info. 7 may 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2013.
  28. "Suwałki: odsłonięto pomnik Marii Konopnickiej". M.onet.pl. 8 oktyabr 2010. 13 aprel 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2013.
  29. "Planetary Names: Crater, craters: Konopnicka on Venus". Planetarynames.wr.usgs.gov. İstifadə tarixi: 14 may 2013.
  30. Keely Stauter-Halsted. The Nation In The Village: The Genesis Of Peasant National Identity In Austrian Poland, 1848–1914. Cornell University Press. 2004. səh. 112. ISBN 978-0-8014-8996-9. İstifadə tarixi: 14 may 2013.
  • Brodzka, Alina. Maria Konopnicka, "Wiedza Powszechna", Warszawa, 1975.
  • Baculewski, Jan. Śladami życia i twórczości Marii Konopnickiej, Ludowa Spółdzielnia Wydawnicza, Warszawa, 1966.
  • G. Borkowska, Ruchliwa fala (Maria Konopnicka i kwestia kobieca), [in:] Maria Konopnicka. Głosy o życiu i pisarstwie w 150-lecie urodzin. Warszawa 1992

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]