Məzmuna keç

Henrik Semiradski

Vikipediya, azad ensiklopediya
Henrik Semiradski
pol. Henryk Siemiradzki
Doğum tarixi 12 (24) oktyabr 1843(1843-10-24)
Doğum yeri
Vəfat tarixi 23 avqust 1902(1902-08-23)[1][2][…] (58 yaşında)
Fəaliyyəti rəssam, incəsənət xadimi
Təhsili
Stil akademizm
Mükafatları 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni — 1883 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni "Fəxri legion" ordeninin cəngavər dərəcəsi Commander of the Order of Saints Maurice and Lazarus "İtaliya tacı" ordeninin cəngavər dərəcəsi
İmperator Rəssamlıq Akademiyasının böyük qızıl medalı — 1870
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henrik İppolitoviç Semiradski (rus. Ге́нрих Ипполи́тович Семира́дский) və ya Henrik Hektor Semiradski (pol. Henryk Hektor Siemiradzki, rus. Ге́нрик Ге́ктор Семира́дский; 12 (24) oktyabr 1843, Xarkov23 avqust 1902[1][2][…]) — polyak mənşəli[3][4][5] Rusiya[5] rəssamı, akademizmin ən böyük nümayəndələrindən biri. O, XarkovSankt-Peterburqda təhsil almış, lakin fəal yaradıcılıq həyatının çox hissəsini Romada keçirmişdir. O, daha çox qədim Yunanıstan və Roma tarixindən səhnələrə dair monumental rəsmləri ilə tanınır. O, teatrların və şəxsi interyerlərin dizaynı ilə məşğul olmuşdur. İmperator Rəssamlıq Akademiyasının, Berlin, Stokholm, Roma, Turin rəssamlıq akademiyalarının akademiki və professoru, Fransa İncəsənət Akademiyasının müxbir üzvü olmuşdur. Əsərləri əsasən Polşa, Ukrayna və Rusiya muzeylərində, eləcə də Avropa ölkələrinin şəxsi kolleksiyalarında salanılır. 1903-cü, 1939-cu, 1968-ci və 1980-ci illərdə Polşada rəssamın fərdi sərgiləri keçirilmişdir. 2017–2018-ci illərdə Dövlət Rusiya Muzeyində "Henrik Semiradski və Romadakı Rusiya rəssamlarının koloniyası" ensiklopedik sərgisi keçirilmişdir. Rəssamın bir çox əsərləri itmişdir.

  1. 1 2 Henryk Siemiradzki // European Theatre Architecture DB (ing.). Arts and Theatre Institute.
  2. 1 2 Laskowska I. M. Henryk Siemiradzki // Siemiradzki, Henryk (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T078568
  3. "Obrazy Henryka Siemiradzkiego w Muzeum Śląskim" (polyak). Muzeum Śląskie. 2009. 11 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  4. Ewa Micke-Broniarek. "Henryk Siemiradzki". Adam Mickiewicz Institute (ingilis). Culture.pl. dekabr 2004. 23 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  5. 1 2 Henrik Semiradski // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.

Əlavə ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]