Feliks Savar
| Feliks Savar | |
|---|---|
| fr. Félix Savart | |
| | |
| Doğum tarixi | 30 iyun 1791[1][2][…] |
| Vəfat tarixi | 16 mart 1841[1][2][…] (49 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Elm sahələri | fizika, akustika |
| İş yerləri |
|
| Üzvlüyü |
|
Feliks Savar (fr. Félix Savart; 30 iyun 1791[1][2][…] – 16 mart 1841[1][2][…], Paris, İyul monarxiyası[2]) — həmkarı Jan Batist Bio ilə birgə kəşf etdiyi elektromaqnetizmə dair Bio-Savar qanunu ilə tanınan fransız fiziki və riyaziyyatçısı. Onun əsas maraq dairəsi akustika və vibrasiya edən cisimlərin tədqiqi olmuşdur.[4] Skripkaya olan xüsusi marağı onu eksperimental trapesiya formalı model yaratmağa sövq etmişdir. O, musiqi intervalları üçün ölçü vahidi olan savara və insan eşitmə diapazonunu araşdırarkən istifadə etdiyi cihaz olan "Savar çarxı"na öz adını vermişdir.
Bioqrafiyası
[redaktə | vikimətni redaktə et]Savar, Mets hərbi məktəbinin mühəndisi Jerar Savarın oğlu idi. Fransa Politexnik Məktəbinin tələbəsi və mühəndis korpusunun zabiti olan qardaşı Nikolas da vibrasiya sahəsində tədqiqatlar aparmışdır. Savar Mets hərbi hospitalında tibb təhsili almış, daha sonra Strasburq Universitetinə daxil olmuş və 1816-cı ildə burada tibb üzrə elmi dərəcə almışdır.[5] Savar 1820-ci ildə Kollec de Fransda professor olmuş və Jan Batist Bio ilə birlikdə Bio-Savar qanununun həmmüəllifi kimi tanınmışdır. Onlar maqnetizm nəzəriyyəsi və elektrik cərəyanları üzərində birgə çalışmışlar. Onların qanunu 1820-ci ildə işlənib hazırlanmış və nəşr olunmuşdur.[6] Bio-Savar qanunu maqnit sahələri ilə onların mənbəyi olan cərəyanlar arasındakı əlaqəni müəyyən edir.
Savar, həmçinin akustika sahəsində də tədqiqatlar aparmışdır. O, fırlanan disklərin köməyi ilə müəyyən dərəcəli tezliklərdə səs hasil edən "Savar çarxı"nı hazırlamışdır.
Feliqs Savar musiqi intervallarının ölçü vahidi olan savarın adaşıdır, lakin Stiqlerin eponimiya qanununa uyğun olaraq, bu vahid əslində Jozef Sovyor tərəfindən ixtira edilmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- 1 2 3 4 5 6 Maktutor riyaziyyat tarixi arxivi. 1995.
- ↑ https://www.appl-lachaise.net/savart-felix-1791-1841/.
- ↑ Bell, James F; Stevens, R W B; Campbell, Murray. Savart, Félix // Grove Music Online. Oxford Music Online. 10 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2014. (abunə tələb olunur)
- ↑ Dostrovsky, Sigalia. Savart, Félix // Complete Dictionary of Scientific Biography. Encyclopedia.com. 2008. 27 fevral 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2014.
- ↑ A joint Biot-Savart paper "Note sur le magnétisme de la pile de Volta" was published in the Annales de chemie et de physique in 1820.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 30 iyunda doğulanlar
- 1791-ci ildə doğulanlar
- 16 martda vəfat edənlər
- 1841-ci ildə vəfat edənlər
- 49 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar
- De Frans Kollecinin müəllimləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- London Kral Cəmiyyətinin üzvləri
- Əlifba sırasına görə alimlər
- Fransada doğulanlar
- Fransa fizikləri
- XIX əsrin fizikləri
- Strasburq Universitetinin məzunları
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri