Məzmuna keç

Dikearxus

Vikipediya, azad ensiklopediya
Dikearxus
Doğum tarixi e.ə. 350(-350) və ya e.ə. 345(-345)[1]
Vəfat tarixi e.ə. 285(-285)[1] (59–65 yaşında)
Fəaliyyəti riyaziyyatçı, filosof, tarixçi, coğrafiyaşünas, yazıçı
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlərTrasimaxus   Likofron   Kritius   Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
NeopifaqorçuluqApollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Dikearxus (yun. Δικαίαρχος, təxminən m. ö. 365300) — yunan filosofu, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. AristotelinTeofrastusun öyrəncisi idi. O, psixologiya, tarix, mədəniyyət, dilçilik və siyasət elmlərini əhatə edən bir çox elmi kitablar yazmışdır.

Dikearxus ruhun varlığını və ölməzliyini inkar edirdi. "Ruh haqqında" (yun. Περὶ ψυχῆς) kitabında o yazırdı ki, ruh materiyanın formalarından biridir, cisimdir. Dünyada bütün varlıqlar dörd ünsürdən əmələ gəldiyi kimi ruh da onlardan biridir, sadəcə onun vəzifəsi bədəni canlandırmaqdır[2].

"Trifoniusun məbədinə eniş" (yun. Εἰς Τροφωνίου κατάβασις) əsərində Dikearxus din xadimlərini tənqid etmişdir. Həmin bu əsərdə o, falçılığı rədd edərək yalnız ilham və röyaları inkar etməmişdir[3].

Dikearxus mədəniyyət tarixi elminin yaradıcısı hesab edilir. O, "Yunanıstan həyatı" (yun. Βίος Ἑλλάδος) kitabında yunan mədəniyyətinin icmalını vermiş, yunanların inkişafını Şərqin mədəni həyatı ilə bağlamışdır[3]. Onun fikrincə insanlar təbii yaşamdan heyvandarlığa, sonra isə əkinçiliyə keçmişdilər.

Dikearxus siyasi məsələləri də araşdırmışdır. "Tripolitikus" (yun. Τριπολιτικός) adlı yazısında o hesab edirdi ki, dövlətin idarəçilik metodu demokratiya, monarxiya və aristokratiyanın qarışığından ibarət olmalıdır[3].

Dikearxus həm də təbiətşünas olmuş, xəritələr çəkmişdir[4]. "Yeri dolaşmaq" (yun. Γῆς περίοδος) kitabında o, yerin kürə formasında olmasını iddia etmiş, bəzi dağların hündürlüyünü ölçməyə çalışmışdır.

  1. 1 2 zespół autorów Internetowa encyklopedia PWN (pol.).
  2. Cicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886, p. 17.
  3. 1 2 3 Дикеарх // Античная философия: Энциклопедический словарь Arxivləşdirilib 2016-10-09 at the Wayback Machine / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция. 2008.
  4. Цицерон М. Т. Письма Марка Туллия Цицерона к Аттику, близким, брату Квинту, М. Бруту Arxivləşdirilib 2019-05-16 at the Wayback Machine. Том 2. Годы 51–46. / Перевод и комментарии В. О. Горенштейна. М.-Л.: Издательство Академии Наук СССР, 1950, s. 107.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 153-154. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 avqust 2016.