Məzmuna keç

Con Vilyam Strett

Vikipediya, azad ensiklopediya
Con Vilyam Strett
ing. John Strutt
Doğum adı John William Strutt[1]
Doğum tarixi 12 noyabr 1842(1842-11-12)[1][2][…]
Vəfat tarixi 30 iyun 1919(1919-06-30)[1][2][…] (76 yaşında)
Elm sahəsi fizika
Elmi dərəcələri
  • magistr[d] (1868)
İş yeri Kembric Universiteti
Təhsili
Elmi rəhbərləri Corc Qabriel Stoks, Ceyms Maksvell[3]
Üzvlüyü
Mükafatları "Xidmət" ordeni — 1902
Fizika üzrə "Nobel" mükafatı — 1904 "Kopli" medalı — 1899
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Vilyam Strett (ing. John William Strutt, 3rd Baron Rayleigh; 12 noyabr 1842[1][2][…]30 iyun 1919[1][2][…]) — ingilis fiziki və mexaniki, Fizika üzrə Nobel mükafatı laureatı (1904)

Strett Reley (Lord Reyli) Con Vilyam 1842-ci ildə Böyük Britaniyanın Esseks qraflığının Lendford Qrov şəhərində anadan olmuşdur. 1861-ci ildə Con Vilyam Strett Kembric Universitetinin Triniti kollecinə daxil olmuş və burada riyaziyyatı öyrənmişdir. Onun müəllimləri Edvard Con Raus və Corc Qabriel Stoks olmuşdur.

1879-cu ildə Cavendish professoru olaraq Maxwelli izlər; dörd il sonra da Kral İnstitutunda təbiət fəlsəfəsi professoru olub. 1905-ci ildə Kral Elm Akademiyası başçılığına, 1908 -də Cambridge Universiteti rektorluğuna seçilər. Geniş məlumatı və fizikanın dərhal hər bölməsindəki işləriylə tanınan Rayleighin elmə ən əhəmiyyətli qatqıları, akustik və optik sahələrində gözə dəyir. Reley, diqqətli və səbirli bir təcrübəçi idi. Onu uzun müddət məşğul edən problem, atmosferdən təmin edilən nitrojenin atom kütləsi ilə, kimyəvi təhlil etməklə əldə edilən nitrojenin atom kütləsi arasındakı fərqin səbəbi idi. Bu araşdırma çox az rast gəlinən arqon qazını tapmasına gətirib çıxardı.

Reley çox yayılmış qazların sıxlığının tədqiqi nəticəsində arqonun kəşfinə görə 1904-cü ildə fizika elmi üzrə Nobel mükafatına layiq görülmüşdür.

Böyük ingilis alimi Con Reley 1919-cu il 30 iyunda İngiltərənin Uitem şəhərinin yaxınlığındakı Tirlinq-Pleysdə vəfat etmiş və orada dəfn olunmuşdur.

Elmi əsərləri

[redaktə | vikimətni redaktə et]
  • "О свете от неба, его поляризации и цвете" 1899 г.
  • Боголюбов А. Н. Математики. Механики. Биографический справочник. — Киев: Наукова думка, 1983. — 639 с.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 3 4 5 Maktutor riyaziyyat tarixi arxivi. 1995.
  2. 1 2 3 4 Lord Rayleigh Strutt J.W. // KNAW Past Members (ing.).
  3. Riyazi genealogiya layihəsi (ing.). 1997.