Cimmi Vels
| Cimmi Vels | |
|---|---|
| ing. Jimmy Donal Wales[1][2] | |
| | |
| Doğum tarixi | 7 avqust 1966[3][4][…] (59 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | iş adamı, sahibkar, vikimediaçı[d], informatik, tədqiqatçı, orator, tacir |
| Üzvlüyü | |
|
|
|
| jimmywales.com | |

Cimmi Donal Vels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[3][4][…], Hantsvill, Alabama[5][1][…]) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Vels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan "Wikia" adlı şirkətin qurucusudur.
Həyatı
[redaktə | vikimətni redaktə et]1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Vels iqtisadiyyat üzrə Obern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir.
1996-cı ildə Vels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Vels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Vels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Vels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratmışdır. "Vikipediya", həmçinin "wiki" (havay dilində "mümkün qədər tez") mexanizminə əsaslanırdı, əvvəlcə "Nupedia" ensiklopediyasının məzmununu formalaşdırmalı olan köməkçi sayt kimi yaradılmışdı. Hazırda, "Vikipediya" dünyanın ən böyük ensiklopediyasıdır. Onu internet istifadəçilərinin stolüstü kitabı adlandırırlar. "Vikipediya" müraciətlərin sayına görə sorğu resurslardan sonra ikinci yeri tutur.
2003-cü ilin 20 iyun tarixində Vels "Vikipediya" və digər bu tipli layihələrin dəstəyilə məşğul olan qeyri-kommersiya təşkilatını – Vikimedia Fondunu, Florida ştatında və Sankt-Peterburqda yaratdı. 2009-cu ildə Cimmi Vels veb-saytın istifadəçilərinə müraciət edərək maliyyə yardımına ehtiyac olduğunu bildirmişdir. Bu müraciətdən sonra saytın 125 mindən artıq istifadəçisi 4 milyon dollar dəyərində ianə etmişdir. "Vikipediya"nın uğurlarından ilham alan Vels 2004-cü ildə Ancela Bizli ilə birlikdə "Vikicities"in layihəsini idarə etməsi ilə məşğul olan "Wikia" kommersiya şirkətinin əsasını qoymuşdur. 2005-ci ilin 3 oktyabrında Vels viki-texnologiyaların təchizatçısı olan "Socialtext" şirkətinin Direktorlar Şurasına qoşulmuşdur. Hazırda Cimmi, həyat yoldaşı Kristin və qızı Kira ilə Floridada və Sankt-Peterburqda yaşayır.
Ailəsi
[redaktə | vikimətni redaktə et]2012-ci ilin oktyabrında Keyt Qarvi ilə ailə həyatı qurmuşdur[6].
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 Jimmy Wales // WorldCat Entities (ing.). OCLC, Inc., 2022.
- ↑ Jimmy Wales // Encyclopædia Britannica (ing.).
- 1 2 nikah haqqında şəhadətnamə.
- 1 2 Who's Who in America (ing.). Marquis Who's Who. ISSN 0083-9396
- 1 2 Facts and friction: Wikipedia's quest for credibility - web - Technology (ing.). Sydney: Fairfax Media, 2007. ISSN 0312-6315
- ↑ "Wikipedia"nın yaradıcısı Cimmi Vels evləndi Arxivləşdirilib 2012-10-10 at the Wayback Machine (az.)
- 7 avqustda doğulanlar
- 1966-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Alabamada doğulanlar
- İndiana Universiteti Bluminqton məzunları
- ABŞ ateistləri
- ABŞ blogerləri
- Vikipediya tarixi
- Vikipediya şəxsləri
- Vikipediyanı redaktə edən ensiklopedik şəxslər
- ABŞ iş adamları
- ABŞ informatikləri
- ABŞ iqtisadçıları
- Bioqrafik qaralamalar
- Birləşmiş Krallıq immiqrantları
- İngilis mənşəli ABŞ şəxsləri
- Şəxslər:Florida
- Tənqidçilər
- Vikimedia Fondunun əməkdaşları
- XX əsr ABŞ şəxsləri
- XXI əsr ABŞ şəxsləri