Məzmuna keç

Bi Şen

Vikipediya, azad ensiklopediya
Bi Şen
Doğum tarixi X əsr
Vəfat tarixi 1051(1051)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bi Şen (X əsr1051) — Çin ixtiraçısı, mütəhərrik literlərlə kitab çapının banisi.

İxtirası 1041–48-ci illərə təsadüf edir. Yanmış (bişmiş) gildən hazırlanan çap elementləri (heroqliflər) soyuduqda bərkiyən özlü qatranlı qarışığın köməyilə dəmir yığı formalarına yapışdırılırdı. Mətnin kağızda çap edilməsi üçün literlərin üzərinə tuş çəkilirdi. Bi Şenin ixtirası haqqında ilk dəfə Şen Qo (1031–95) məlumat vermişdir.