Əl-Monitor
| Əl-Monitor | |
|---|---|
| URL | al-monitor.com |
| Tipi | E-dərgi, Xəbər saytı[d] |
| Dilləri | ingilis dili |
| Açılma tarixi | 2012 |
Əl-Monitor (ing. Al Monitor) — ərəb əsilli amerikalı sahibkar Camal Daniel tərəfindən 2012-ci ildə istifadəyə verilmiş xəbər saytı.[1] Vaşinqton şəhərində mərkəzləşən[2] Əl-Monitor, Yaxın Şərqə aid reportaj və təhlillər təqdim edir. Əl-Monitor Beynəlxalq Mətbuat İnstitutunun 2014-cü il Azad media pioneri mükafatının qalibidir.[3]
Tarixi və təşkilatlanması
[redaktə | vikimətni redaktə et]Əl-Monitor 13 fevral 2012-ci ildə Camal Daniel tərəfindən istifadəyə verilib.[1] Təşkilat, dünyanın ən nüfuzlu müstəqil yazıçılarının dərin təhlillərini təqdim etməklə Yaxın Şərq və beynəlxalq ictimaiyyət arasında daha dərin qarşılıqlı anlaşmanı təşviq etmək missiyası ilə təsis edilib.[1]
2018-ci ildə Əl-Monitor, "yüksək səviyyəli əməliyyat və maliyyə qərarlarının qəbul edilməsini təmin etmək, eləcə də potensial məzmun və kommersiya inkişaf imkanlarını birgə araşdırmaq" məqsədi ilə Əl-Monitoru idarə etmək üçün keçmiş "Washington Post" və "Wall Street Journal" redaktorları Markus Brauxli və Saşa Vuçiniç tərəfindən təsis edilmiş "North Base Media" ilə tərəfdaşlıq yaratdı.[4]
Məzmunu
[redaktə | vikimətni redaktə et]Əl-Monitor, xüsusilə Misir, Fars körfəzi, İran, İraq, İsrail, İordaniya, Livan, Şimali Afrika, Fələstin, Suriya və Türkiyəyə yönəlmiş Yaxın Şərqdən olan jurnalist və ekspertlərin hesabatlarını və təhlillərini dərc edir.
2015-ci ildə Əl-Monitor yeni veb-sayt təqdim etdi və Vaşinqtonda baş verən hadisələri daha ətraflı işıqlandırılması, yeni mədəniyyət bölməsi, podkast və videomateriallar əlavə etməklə əhatə dairəsini genişləndirdi.[5][6] 2023-cü ildə Əl-Monitor biznes[7] və texnologiya[8] mövzuları haqda daha çox yazılar yaymağa başladı, bir neçə xəbər bülleteni[9] buraxmış və veb-saytın məzmununa giriş üçün abunə modelini tətbiq etdi. 2024-cü ildə Əl-Monitor məqalələrin tərcüməsini yeddi dilə inteqrasiya etdi və veb-saytda məqalələri audioformatda dinləməyi mümkün etdi.
Keçmiş və indiki redaktorlar, köşə yazarları və töhfəçilər arasında "The Economist" qəzetinin keçmiş Türkiyə müxbiri Amberin Zaman, İsrailin nüfuzlu milli təhlükəsizlik şərhçiləri və analitiklərindən biri Ben Kaspet, "Fələstin Nəbzi" bölməsinin köşə yazarı Daud Kuttab, BƏƏ-dəki "The National" qəzetinin keçmiş köşə yazarı və "Time" jurnalının 2011-ci ilin "Ən yaxşı 140 Tvitter akkauntları" siyahısında yer alan Sultan əl-Qasımi[10], "USA Today"-in keçmiş diplomatik müxbiri və Atlantik şurasının baş elmi işçisi Barbara Slavin, "Politico", "Foreign Policy" və "Yahoo"-nun keçmiş xarici siyasət müxbiri Laura Rozen, Misir və Ərəb baharı haqqında geniş yazılar yazan misirli yazıçı, Qahirədə yaşayan mərhum siyasi analitik Bassem Səbri[11], "Al Jazeera TV"-nin müxbiri Əli Həşim, "Foreign Policy"-nin müxbiri Cek Detç[12], BƏƏ-dəki "The National" qəzetinin keçmiş Vaşinqton müxbiri Coys Karam, "Time" jurnalının keçmiş baş redaktoru Edvard Felsental.[13]
Mükafatları
[redaktə | vikimətni redaktə et]2014-cü ildə Beynəlxalq Mətbuat İnstitutu Əl-Monitora "Azad Media Pioneri" mükafatını təqdim etdi və bildirdi ki, innovativ və qəti müstəqil medianın dəyişiklik və qarışıqlıq dövrdə Əl-Monitorun misilsiz reportajları və analitikası nümunəvi rol oynayır.[3]
2017-ci ildə "Online News Association" Əl-Monitora "Middle East Lobbying: The Influence Game" adlı reportajlara görə "Ən yaxşı izahlı reportaj" üzrə onlayn jurnalistika mükafatını verdi.[14] "Society for Advancing Business Editing and Writing" adlı assosiasiya 2019-cu ildə Yaxın Şərq lobbiçiliyi barədə olan məlumat bülleteninə görə Əl-Monitora ""Biznesdə ən yaxşı" mükafatını verdi.[15]
Nüfuzu
[redaktə | vikimətni redaktə et]2013-cü ilin yanvar ayında "The Independent" qəzetinə işləyən İan Barrell Əl-Monitoru "regiondan olan tanınmış yazarların şərhlərini bir araya gətirən iddialı bir veb sayt" adlandırdı.[16][17] 2012-ci ildə keçmiş The Washington Post xarici əlaqələr bloqçusu Maks Fişer Əl-Monitoru "Yaxın Şərqi izləyən əvəzsiz veb nəşr" adlandırmışdı.[18] "Huffington Post" xəbər veb-saytı Əl-Monitorun Yaxın Şərq haqqında dərin şərhlərini "oxumağa dəyər" kimi təsvir etmişdir[19] və “The Economist” jurnalı Əl-Monitorun Misir və İranla bağlı yazılarını “Nə oxuyum” bölməsinə əlavə etmişdir.[20][21]
Suriyadakı hadisələrin işıqlandırılması, Amberin Zamanın, eləcə də İdlib, Hələb və digər yerlərdəki müstəqil və müxalifətlə əlaqəli suriyalı müxbirlərin çox vaxt təhlükəli və çətin şəraitdə işlədiyi yerlərdəki mükəmməl reportajları sayəsində baş tutmuşdur. Əl-Monitor tarixi boyu İsrail, Qərb Şəriə və Qəzzadan olan əməkdaşlara açıqlama fürsəti verərək, İsrail-Fələstin məsələlərinin işıqlandırılmasında "qərəzlilik" problemindən qaçınmışdır. Onun inklüziv və qabaqcıl təşəbbüslərinin nümunəsi kimi Tehranlı iranlı akademik, Tel-Əvivli israilli müxbir və Vaşinqtonlu keçmiş ABŞ rəsmiləri Dennis Ross və Fiona Hill arasında baş tutan müzakirələri ehtiva edən "PBS News Hour" ilə əməkdaşlığı göstərmək olar.[22]
Əl-Monitor redaktorları və jurnalistləri tez-tez qlobal mediada, o cümlədən "New York Times",[23] "Washington Post",[24] "BBC",[25] "Fox News",[26] "Al-Jazeera"[27] və bir çox başqa kütləvi informasiya vasitələrində Yaxın Şərq üzrə ekspertlər kimi təqdim olunurlar. 2024-cü ildə "BBC" bu nəşri "nüfuzlu Yaxın Şərq xəbər bülleteni" kimi təsvir etmişdir.[28]
Tədbirləri
[redaktə | vikimətni redaktə et]2023-cü ilin sentyabr ayında Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasları çərçivəsində Əl-Monitor, Yaxın Şərq Qlobal Zirvəsinə ev sahibliyi etmək üçün Semafor veb-saytı ilə tərəfdaşlıq etdi.[29] Zirvə görüşündə İordaniya kralı II Abdullah ibn Al Hüseyn; İraq baş naziri Məhəmməd Əl-Sudani; BƏƏ prezidentinin baş diplomatik müşaviri Dr. Ənvər Qarqaş; Ağ Evin Enerji və İnvestisiya üzrə baş müşaviri Amos Hoxşteyn; Omanın xarici işlər naziri Seyyid Bədr Əlbusaidi; ABŞ Dövlət Katibinin köməkçisi Barbara Lif, eləcə də digər yüksək vəzifəli regional nazirlər və özəl sektor liderləri ilə müsahibələr aparıldı.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 "About Us". AL-MONITOR. 2 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ "5 years in, AL-MONITOR is relaunching its website and expanding its coverage". Poynter (ingilis). 22 avqust 2017. 26 mart 2019 tarixində arxivləşdirilib.
- 1 2 "AL-MONITOR named Free Media Pioneer Award winner". ipi.media. 26 fevral 2014. 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
- ↑ "Crest Media to partner with North Base Media in managing AL-MONITOR". MarketWatch (ingilis). 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
- ↑ Grinapol, Corinne. "AL-MONITOR Relaunches". www.adweek.com (ingilis). 23 avqust 2017. 13 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
- ↑ "5 years in, AL-MONITOR is relaunching its website and expanding its coverage". Poynter (ingilis). 22 avqust 2017. 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
- ↑ "Economy & Business - AL-MONITOR: Independent, trusted coverage of the Middle East". www.al-monitor.com. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ "Technology - Al-Monitor: Independent, trusted coverage of the Middle East". www.al-monitor.com. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ "Subscribe to our newsletters. - AL-MONITOR: Independent, trusted coverage of the Middle East". www.al-monitor.com. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ Fastenberg, Dan. "The 140 Best Twitter Feeds of 2011". Time. 28 mart 2011. 15 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2012.
- ↑ "Top Twitter Influentials in MENA". 30 may 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 may 2013.
- ↑ Detsch, Jack. "Jack Detsch". Foreign Policy (ingilis). 22 may 2024. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ "Edward Felsenthal Named Managing Editor of Time.com". Adweek. 29 mart 2013. 26 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ "Middle East Lobbying: The Influence Game". Online Journalism Awards (ingilis). 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
- ↑ "2019 Best in Business Honorees – Judging Comments – SABEW" (ingilis). 19 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2020.
- ↑ Burrell, Ian. "Rupert Murdoch's Twitter slap-down has big implications - and not just for News Corp editors". The Independent. London. 29 yanvar 2013. 4 fevral 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2013.
- ↑ "International Press Institute: AL-MONITOR named Free Media Pioneer Award winner". International Press Institute (IPI). 26 fevral 2014. 8 aprel 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2025.
- ↑ Fisher, Max. "What then-U.S. national security adviser for Iran says about 'Argo'". The Washington Post. 22 oktyabr 2012. 24 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2013.
- ↑ "Just Foreign Policy's Iran Online Petition Urges New York Times To Investigate Story Claims". HuffPost. 23 aprel 2012. 23 aprel 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2019.
- ↑ "On Egypt". The Economist. 9 sentyabr 2013. ISSN 0013-0613. 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
- ↑ "On Iran". The Economist. 23 sentyabr 2013. ISSN 0013-0613. İstifadə tarixi: 26 mart 2019.
- ↑ "PBS NewsHour & AL-MONITOR Team Up to Produce Trendlines web specials on the Middle East". PBS News (ingilis). İstifadə tarixi: 30 sentyabr 2024.
- ↑ Kershner, Isabel. "Iran Attack Tests Netanyahu's Political Staying Power". New York Times. 14 aprel 2014. 16 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ Tharoor, Ishaan. "The U.S. wants Saudi-Israel normalization. Others aren't so sure". The Washington Post. 21 sentyabr 2023.
- ↑ "Turkey will launch Syria ground operation after strikes - Erdogan". www.bbc.com. 23 noyabr 2022. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ Elkind, Elizabeth. "Speaker Johnson demands firing of federal workers reportedly staging pro-Palestinian walkout". Fox News. 15 yanvar 2024. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ Stepansky, Joseph. "US federal workers risk livelihoods in push for course change on Gaza war". Al Jazeera (ingilis). İstifadə tarixi: 24 aprel 2024.
- ↑ "Bowen: Tactical triumph for Israel, but Hezbollah won't be deterred". www.bbc.com.
- ↑ "The Middle East Global Summit". Middle East Global Summit. 24 aprel 2024. İstifadə tarixi: 24 aprel 2024.